Narkomaniyaya yox deyək

Bu gün bütün dünya narkomaniyaya qarşı mübarizə aparır.

Məktəbimizdə 12.10.2022 – ci il tarixində Xəzər Rayon Polis İdarəsinin nümayəndələri ilə birlikdə “ Narkomaniyaya yox deyək ” mövzusunda tədbir keçirilib.

Tədbirə məktəbin 10 və 11 – ci sinif şagirdləri cəlb edilib.

Tədbirdə Xəzər Rayonu Polis İdarəsinin 2 – ci Polis İdarəsinin Yetkinlik Yaşına Çatmayanlarla Profilaktik İşin Təşkili Bölməsinin rəisi polis mayoru Eldar Əliyev, Xəzər RPİ – nin YYÇPİTB – nin baş inspektoru, polis kapitanı Xəyalə Həsənova, Xəzər RPİ – nin 2 – ci PŞ – nin Yetkinlik Yaşına Çatmayanlarla İş üzrə inspektoru, polis mayoru Hikmət Mirzəyev, Xəzər RPİ – nin Narkotiklərlə Mübarizə bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Həsən Əliyev iştirak ediblər.

Məktəbin direktoru Taleh Şahbazov tədbiri açıq elan edərək, məktəb haqqında məlumat verdi.

Tədbirdə çıxış edən hər bir polis zabiti narkomaniyanın genişlənməsi, onun törətdiyi bəlalar haqqında ətraflı şəkildə slaydlarla müəllimləri və şagirdləri məlumatlandırıb. Sualı olan hər bir şagird dinlənilib və onu maraqlandıran sualı cavablandırılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi