ŞAGİRDLƏRİMİZ FƏXRİ XİYABANDA

Azərbaycanın tarixində 27 sentyabr 2020 – ci il qəhrəmanlıq salnaməsində yeni bir səhifənin başlanğıcıdır.

Azərbaycan əsgərinin şücaəti, zəfər yürüşü bütün dünyanı heyran etdi.

Ordumuzun əsgər və zabitlərindən, dinc sakinlərimizdən bu müharibədə şəhidlik zirvəsinə yüksələnlər oldu.

Bütün Azərbaycan xalqı istər müharibə dövründə, istərsə də müharibədən sonra öz şəhidlərini ən yüksək zirvədə görür və hər vaxt yad edir.

Məktəbimizin musiqi müəllimi Zeynalova Günay, tarix müəllimi Balayeva Fidan 5c sinif şagirdləri və valideynləri ilə birlikdə Fəxri Xiyabanda Şəhidlərimizin məzarlarını ziyarət etmişlər. Tarix müəllimi B.Fidan şagirdlərə və valideynlərə 44 günlük Vətən Müharibəsi haqqında ətraflı məlumat verdi.

Şagirdlərimiz Şəhid məzarlarına tər qərənfillər düzüb, vətənpərvərlik mövzusunda şeirlər söylədilər. Fəxri xiyabanda olan Şəhid anaları ilə görüşüb, onların xatirələrini dinlədilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi