TORPAQ UĞRUNDA ÖLƏN VARSA – VƏTƏNDİR

Vətən Müharibəsi bizim şanlı tariximiz, şəhidlər və qazilər qürur mənbəyimizdir. Respublikamızın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən müharibədə qəhrəmanlıq göstərən əsgər və zabitlərimiz , arxa cəbhədə çalışan mülki insanlarımız, bütövlükdə xalqımız əzm və iradə , bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirərək mənfur düşmənə sarsıdıcı zərbələr endirdi.

Azərbaycan ordusunun əks - hücumları qarşısında aciz qalan düşmən günahsız mülki insanları hədəf alması, çoxsaylı müharibə cinayətləri xalqımızın qələbə əzmini sarsıda bilmədi.

“ Anım Günü “nə həsr olunmuş tədbirlər silsiləsində məktəbin 5h sinif rəhbəri Şəbnəm Verdiyeva şagirdləri ilə Şəhidlər xiyabanını ziyarət etmişlər.

Məktəbin tarix müəllimi İbrahimov Nizaminin rəhbərliyi ilə “ Anım Günü “nə həsr olunmuş ədəbi – bədii gecə keçirilmişdir.

Tədbirdə məktəb rəhbərliyi , şəhid anaları Lalə müəllim və Dürdanə xanım , müəllimlər, valideynlər, şagirdlər iştirak etmişlər.

Ədəbi – bədii gecə Azərbaycan Respublikasının Dövlət Himni ilə başlamış, şəhidlərimiz bir dəqiqəlik sükutla yad edilmişdir. Çıxış edən müəllimlər və şagirdlər o dövrün mənzərəsini yenidən canlandırmışlar. Şagirdlərin ifa etdikləri şeirlər və mahnılar, hazırladıqları kompozisiya nümunələri rəğbətlə qarşılanmışdır.

Tədbirdə Şəhid anaları Lalə müəllim və Dürdanə xanım , Şəhid yaxınları çıxış etmişlər.

Ədəbi – bədii gecəyə yekun vuran məktəbin direktoru Taleh Şahbazov Şəhid analarına, tədbiri hazırlayan müəllim və şagirdlərə öz minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi