28 MAY MÜSTƏQİLLİK GÜNÜ

Azərbaycan tarixində şanlı, yaddaqalan, həmişə fəxr ediləcək günlərdən biri də 28 Maydır. Tarix boyu xalqımızın igid ərləri, ziyalıları milli müstəqillik uğrunda yorulmadan, qorxmadan, canlarını qurban verərək mübarizə aparmışlar.

1918 - ci ildə Azərbaycan öz müstəqilliyini elan etdi. Qısa müddət ərzində həmin dövrün siyasi xadimləri və işgüzar adamları milli dövlətçilik tarixində iz qoyan işlər gördülər. Sovet rejimi 1920 - ci ildə Azərbaycanda hakimiyyəti öz əlinə keçirtdi. Azərbaycan xalqı 70 il ərzində Sovetlər birliyinin tərkibində oldu. 1991- ci ildə Azərbaycan öz müstəqilliyinə yenidən qovuşdu. Ümummilli Liderimiz H.Əliyevin düşünülmüş siyasəti nəticəsində Müstəqilliyimiz əbədi oldu. Vətən müharibəsi dövründə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan igidləri işğalda olan torpaqlarımızı düşmən tapdağından azad edib ərazi bütövlüyümüzü təmin etdilər.

26 may 2022 - ci il tarixində məktəbimizin tarix müəllimləri Nəcəfova Səmayə və Əliyeva Nailəxanım müəllimin təşkilatçılığı ilə " 28 May Müstəqillik Günü" adlı ədəbi - bədii tədbir keçirilmişdir. Tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər və şagirdlər iştirak etmişlər. Şagirdlər və müəllimlər tərəfindən Azərbaycanın tarixi dövrləri haqqında məlumatlar verilmişdir. Şagirdlər şeirlər söyləmiş, rəqslər etmiş, hazırladıqları bədii kompozisiyaları və slaydları nümayiş etdirmişlər.

Tədbirə yekun vuran məktəbimizin direktoru Rövşən Qasımov şanlı müstəqillik tariximizdən ətraflı məlumatlar verdi və hamını bayram münasibətilə təbrik etdi. Tədbirdə əməyi keçən müəllim və şagirdlərə öz minnətdarlığını bildirdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi