Könlüm keçir Qarabağdan-yekun 2022-ci il
2022-ci il dövlət başçısı İlham Əliyevin tapşırığı ilə Şuşa ili elan olunmuşdur. Bu münasibətlə respublika məktəbliləri "Könlüm keçir Qarabağdan" adlı müsabiqədə iştirak etdilər.321 nömrəli məktəbi isə sagirdimiz Hüseynova Xanım təmsil etdi.Xanımın ifa etdiyi Azərbaycan mahnısı münsiflər tərəfindən yüksək qiymətləndirilərək 3-cü yerə layiq görülmüşdür.07 iyul 2022-ci il tarixdə 1 nömrəli Uşaq-Gənclər Mərkəzində müsabiqənin qaliblərinin təltifolunma mərasimi keçirildi.Xanım respublikamızın dəyərli sənətkarlarının təqdim etdiyi diplom və hədiyyəni böyük qürur hissi ilə təhvil aldı.