Oxu günü
22 aprel 2022-ci il tarixdə 321 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Nağılı Lalə,ingilis dili müəllimi Qəniyeva Lamiyə və 7a sinif şagirdləri "Oxu günü" tədbirində iştirak etdilər.Əvvəlcə məktəbin oxu zalında mütaliə edən şagirdlər,daha sonra müəllimlərlə birlikdə qəsəbədə yerləşən kütləvi kitabxanaya yollandılar.Şəxsiyyət olaraq insanın formalaşıb kamilləşməsində,dünyagörüşünün genişlənməsində,bədii təxəyyülünün,obrazlı və məntiqi təfəkkürünün inkişafında mütaliənin rolu müstəsna əhəmiyyət kəsb edir.Müəllimlərimizin şəgirdlərə oxumağı tövsiyə etdiyi kitablarda milli dəyərlərimiz,mədəni irsimizin parlaq nümunələri öz parlaq əksini tapmışdır.