Nailiyyətlərimiz

"Yaradıcı müəllim"müsabiqəsi"Yaradıcı müəllim: inkişaf edək etdirək" təqdimat müsabiqəsi keçirilmişdir. Müsabiqə çərçivəsində 3 nəfər (3 müəllim və 3 şagirdi) 1-ci, 3 nəfər (3 müəllim və 3 şagirdi) 2-ci, 3 nəfər (3 müəllim və 3 şagirdi) 3-cü, 6 nəfər (6 müəllim və 6 şagirdi) həvəsləndirici yer, 40 nəfər (40 müəllim və 40 şagirdi) isəTəşəkkürnamə ilə mükafatlandırılacaqdır. Qürurverici bir haldır ki, məktəbimizin adı da siyahıda göstərilənlərin içərisindədir. İnformatika müəllimi Samirə Nagdalıyeva və 11ci sinif şagirdi Hüseynov Vüqar müsabiqədə təkkürnamə ilə təltif ediləcəklər. Bu məktəbimizin ilk uğurudur. BŞTİ rəhbərliyinə və layihə rəhbəri və təşkilatçılarına təşəkkürümüzü bildiririk.

Voleybol yarışıATİAHİ Qaradağ rayon Komitəsinin 30 illiyinə həsr edilmiş voleybol yarışında Bakı şəhər 320 nömrəli tam orta məktəbin müəllimlərindən ibarət komandası 3cü yeri qazandı. Kollektivimizi təbrik edirik. ATİAHİ Qaradağ rayon Komitəsinin sədri Rzayeva Zümrüd xanıma təşəkkür edirik.

"Alpman" Taekvondo Klubunun klublararası yoldaşlıq görüşü"Buzovna İdman Zalı"MMC-nin təşkilatçılığı ilə "8 noyabr-Zəfər günü"nə həsr olunmuş taekvondo üzrə uşaqlar,yeniyetmələr və gənclər arasında keçirilən "Alpman" Taekvondo Klubunun klublararası yoldaşlıq görüşündə məktəbimizn 5b sinif şagirdləri Məmmədli Kamran I yerə,Musayev Vüqar II yerə layiq görülmüşdür.

HAQQIMIZDA
BİZİM FƏXRLƏRİMİZ

Elnarə Şəkərəliyeva Malik

Sevinc Eyvazova Elçin

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi