Aprel şəhidlərinin anım günü

4 mart 2018-ci il tarixində Qaradağ rayon Müşfiqabad qəsəbəsi 320 saylı tam orta məktəbdə Aprel şəhidlərinin anım günü ilə əlaqədar yürüş küçirildi. Yürüşdə məktəbin direktor əvəzi Ofelya Əlirzayeva, müavin Sadıqov İlham, məktəbin GÇQH rəhbəri Məmmədov Vüqar, tarix müəllimi Hüseynova Səidə, texnologiya müəllimi Cəbiyeva Sevgi, uşaq birliyi təşkilatı rəhbəri Alıyeva Günel, laborantlar Səncut Aygün, Vəliyeva Sona, Nağıyeva Leyla, məktəbin UTİS əlaqələndiricisi Haqverdiyeva İradə və məktəbin şagirdləri iştirak etdilər. Yürüş Müşfiqabad qəsəbəsinin qəbiristanlığında dəfn olunmuş aprel şəhidi Niftalılı Rəşad Şakir oğlunun məzarına qədər davam etdi. Eyni zamanda həmin qəbiristanlıqda dəfn olunmuş digər şəhidlərimiz də ziyarət olundu. Şəhidimizin məzarı üzərində şagirdlərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirildi. Şəhidimizin ruhuna qəsəbəmizin ağsaqqalı Məşədi Məmiyev Mətləb tərəfindən fatihə oxundu. Məktəbin rəhbərliyi və tarix müəllimləri şagirdlərə aprel döyüşləri və şəhidlərimiz haqqında geniş məlumat verdilər. Ən sonda məktəbin şagird və müəllimləri şəhidimizin ruhuna dualar oxudu və şəhidlərimizə Allahdan rəhmət dilədilər. Yürüşümüz “ ŞƏHİDLƏR ÖLMƏZ VƏTƏN BÖLÜNMƏZ” şüarı ilə başladığı kimi eyni şüarlarlada bitdi. Allah şəhidlərimizə rəhmət eləsin !!!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi