GÖRÜŞ KEÇİRİLDİ

Təhsilverənlərin sertifikatlaşdırılması prosesi ilə bağlı müəllimlərlə görüş keçirildi. Görüşün məqsədi sertifikatlaşdırma prosesində iştirak edəcək müəllimlərə dəstək olmaqdır. Keçən tədris ilində olduğu kimi müəllimlərimiz böyük həvəslə bu prosesdə iştirak edəcəklərini bildirdilər. 

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsi 18-20, 24 və 25 iyun tarixlərində təşkil olunacaq. Test imtahanı mərhələsinin vaxtı və yeri barədə məlumatlar iştirkçıların şəxsi kabinetlərinə göndərildiyi deyildi. 

Müəllimlər portal.edu.az platformasından qeydiyyatdan keçərək, “Sertifikatlaşdırma” bölməsinə daxil olmaqla test imtahanlarının vaxtı və yeri barədə məlumatlarla tanış olduqlarını da bildirdilər.

Qeyd edək ki, cari ildə təşkil olunacaq sertifikatlaşdırılma prosesində kimya, biologiya, fizika, coğrafiya, informatika fənlərini tədris edən təhsilverənlər, eyni zamanda ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, riyaziyyat və xarici dil (ingilis dili, rus dili, Azərbaycan dili (rus bölməsi), alman dili, fransız dili və s.) müəllimləri iştirak edəcəklər.

Sertifikatlaşdırmada iştirak edəcək müəllimlərə uğurlar arzulayırıq!

#ElmVəTəhsilNazirliyi #MÜTDA #ARTİ #İRM #Müəllim #Sertifikatlaşdırma #EduAzİRM

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi