ŞEİR MÜSABİQƏSİ KEÇİRİLDİ

320 nömrəli məktəbdə 6-cı sinif şagirdləri arasında Ulu Öndər Heydər Əliyevin anadan olması münasibətilə şeir müsabiqəsi təşkil olunmuşdur. Tədbirin məqsədi şagirdlərə vətənpərvərlik hisslərini aşılamaq, onların ədəbi-bədii yaradıcılıq bacarıqlarını inkişaf etdirmək olmuşdur. Münsiflər heyətində Təlim-tərbiyə işləri üzrə direktor müavini İmranova Aynurə, Əlirzayeva Ofelya,Azərbaycan dili müəllimi Ağayeva Gülnar,Riyaziyyat müəllimi Rzayeva Aygün, kitabxanaçı Adıgözəlova Kəmalə, həmçinin təşkilatçılığı müvəqqəti icra edən Bilalzadə Xanım yer almışdır. Müsabiqə yüksək əhval-ruhiyyə ilə keçmiş, qalib gələn şagirdlər sertifikat və təşəkkürnamə ilə mükafatlandırılmışdır.
#HeydərƏliyev #ŞeirMüsabiqəsi #320NömrəliMəktəb #Vətənpərvərlik #GəncYaradıcılar #ƏdəbiMüsabiqə