Qaradağ rayonu 320 saylı tam orta məktəbdə 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir təşkil olunmuşdur. Tədbirdə məktəbin direktor əvəzi Ofelya xanım Əlirzayeva çıxış edərək məktəbin qadın kollektivini təbrik etdivə həyatda uğurlar arzuladı.Daha sonra məktəbin Həmkarlar İttifaqının sədri V. C. Məmmədov çıxış edərək Həmkarlar Təşkilatının məktəbin qadın kollektivi üçün təşkil etdiyi hədiyyələri təqdim etdi. Tədbir daha sonra şagirdlərin hazırladığı ədəbi bədii kompozisiyalarla davam etdirildi.