Psixoloqun birincilərlə "KERN-YERASEK" testi

2024-2025-ci tədris ilinin ilk həftəsində məktəbin psixoloqu M.Əfsanə tərəfindən şagirdlərin intellektual səviyyəsini müəyyənləşdirmək məqsədilə  ibtidai sinif şagirdləri arasında məktəb kamilliyinin oriyentasiyalı testi - "Kern-Yerasik" metodikasının tətbiqi testi keçirildi.  Şagirdlərin yerinə yetirdikləri tapşırıqlarda öz düşüncələrinə uyğun olaraq insan şəklinin çəkilməsi, nöqtələrin və cümlənin düzgün köçürülməsi bacarıqları yoxlanıldı.
    Testin keçirilməsində əsas məqsəd şagirdlərin intellektual bilik səviyyəsini yoxlayaraq təlimdə geri qalan uşaqların sayını müəyyənləşdirmək və onlarla qrup və ya fərdi şəkildə psixokorreksiya işlərini apararaq, bilik səviyyəsini yüksəltməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi