"27 Sentyabr- Anım Günü" və "8 Noyabr- Zəfər Günü" ilə bağlı məktəb sərgisi

Məktəbdə BŞTİ-nin 22.09.2022-ci il tarixli F-30 nömrəli əmri ilə təsdiq olunmuş "7-dən 17-yə vətənpərvər!" layihəsinin Tədbirlər planına əsasən rəsm və əl işlərindən ibarət sərgi təşkil olundu. Sərginin təşkil olunmasında məqsəd zəfərə aparan yolun başlanğıcı olan 8 Noyabr Zəfər Günü haqqında şagirdləri məlumatlandırmaq və onların bu mövzuda hazırladıqları rəsmlərini nümayiş etdirməkdir. Məktəbin  direktoru sərgini izləyən məktəb şagirdləri ilə 44 günlük Vətən müharibəsi haqqında söhbət apardı, onları maraqlandıran sualları cavablandırdı. Həmçinin şagirdlərə müharibədə qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan məktəb məzunları və onların döyüş yolu barəsində məlumat verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi