"Mənim ailəm"inşa müsabiqəsi

Bakı Şəhəri üzrə Təhsil idarəsinin "Ailəm və məktəbim"layihəsinin keçirilməsi barədə 18.04.2022- ci il tarixli F-145 nömrəli əmrinin icrasını təmin etmək məqsədilə məktəbin tədbirlər planı hazırlanmışdır.Bunanla əlaqədar olaraq məktəbdə "Mənim ailəm"adlı inşa yazı müsabiqəsi keçirildi.
Ailə şəxsiyyətin tərbiyəsi və inkişafının sosiomədəni mühitidir. Ailə insanın həyatında, formalaşmasında mühüm rol oynayır. Uşağın doğulması, inkişafı, formalaşması ailədən başlayır. Uşaq ailədə elə ilk gündən birgəyaşayış normalarını mənimsəyir, öz ailəsində olan yaxşını və pisi, ailəyə aid olan hər bir cəhəti götürür və artıq gələcəkdə uşaq ailəsində gördüklərini təkrar edərək , sosiallaşır.