Fəsillər oyunu

Yer üzü elə yaradılıb ki, qışdan sonra yaz, sonra yay, onun ardinca isə payız gəlir. Gələn hər bir fəsil də bizə nə isə maraqlı və xoş bir yenilik gətirir. Yazda qış yuxusuna getmiş təbiət oyanır. Ərimiş qarın suyu ilə qidalanan bulaqlar qaynayır, quşlar şən səslə öz nəğmələrini oxuyur, günəşin ilk şəfəqlərinin qızdırdığı təpəciklərdə isə yazın ilk çiçəkləri görünməyə başlayır. Yay öz istisi, rəngarəng çiçəkləri və dadlı giləmeyvələri ilə gəlir. Payızda təbiət al-əlvan rəngə bürünür və gözəlliyi ilə bizi valeh edir. Qış isə bizi yumşaq qarlı, çox sevimli Yeni il bayramı ilə sevindirir. Bunun nəyə görə baş verdiyini bilmək yəqin hamımız üçün maraqlı olar? Axı nə üçün ilin fəsilləri bir-birini əvəz edir?Bu kimi sualları cavablandırmaq üçün məktəbin psixoloqu Məhərrəmova Əfsanə və Kamalova Kəmalə şagirdlərlə fəsillər oyununu keçirtdi.