320 SAYLI MƏKTƏB “GƏNC KİMYAÇILARIN YARADICILIQ MÜSABİQƏSİ”NİN QALİBİ OLDU

Aprel ayının 26 - sı Azərbaycan Dövlət Neft və Sənaye Universitetində “Gənc kimyaçıların yaradıcılıq müsabiqəsi”nin Bakı şəhəri üzrə final mərhələsi keçirildi.Final mərhələsində 24 komanda iştirak etdi. Bakı şəhəri ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirak etdiyi müsabiqənin final mərhələsində tərkibi 3 nəfərdən ibarət olan komandalar 2 akademik saat ərzində ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrinin proqramlarına uyğun olaraq kimya fənni üzrə 30 sualdan ibarət testi, 5 məsələni və 1 praktiki işi yerinə yetirdilər.Nəticələrə əsasən, 320 nömrəli tam orta məktəbin komandası 45 balla I yerə layiq görülüb.Müsabiqədə məktəbimizi 9B sinif şagirdi Namazov Şahmar, 10Ç sinif şagirdi Əliyeva Şəhla və 11A sinif şagirdi Məsiyeva Səfayət təmsil edirdi. Komandanı yarışa hazırlayan məktəbin kimya müəlliməsi Kərimova Sədaqət Talıb qızıdır.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi