"Novruz bayramı" tədbiri keçirildi.

“Novruz” fars sözü olub, “yeni gün” deməkdir. Novruz bayramının mənşəyi qədimdir. Bir sıra xalqlar yaz fəslinin gəlməsini təbiətin canlanması ilə bağlamış, bu münasibətlə şənliklər keçirmiş, onu yeni ilin başlanğıcı kimi bayram etmişlər.Xalqımız Novruzun gəlişini böyük təmtəraqla bayram edir.
Bu münasibətlə bugün məktəbimizin 2c sinif rəhbəri İlahə müəllimənin təşkilatçılığı ilə gözəl tədbir keçirildi. Tədbirdə şagirdlər “Novruz bayramı”nın tarixindən, təbiətin canlanmasından, görülən işlərdən, Novruz çərşənbə axşamlarından və digər adətlərindən bəhs edən səhnəciklər nümayiş etmiş, rəqslər etmiş, şeirlər, mahnılar səsləndirdilər. Qızların və oğlanların ayrı-ayrılıqda da rəqsləri, kosa və keçəlin gəlişi, digər Novruz oyunlarından da keçirildi. Şagirdlərin “O olmasın, bu olsun” filmindən göstərdikləri səhnəcik də tədbirə bir rəng qatdı. Tədbirin sonunda müəllim və valideynlər təbriklərini, öz ürək sözlərini bildirdilər. Tədbir məktəbin direktoru Əliqismət müəllim Səfərovun gözəl çıxışı ilə başa çatdı.
Novruzun gəlişi və bayram münasibətilə 317 nömrəli məktəb adından bütün xalqımızı təbrik edirik.