Şagirdlərimiz ADA Məktəbində interaktiv coğrafiya dərsində iştirak etdilər

May ayının 2-də məktəbimizin şagirdləri ADA Məktəbində qonaq oldular. Burada onlar üçün xüsusi olaraq təşkil olunmuş ingilis dilində coğrafiya dərsində iştirak etdilər. ADA Məktəbinin peşəkar coğrafiya müəllimi Arzu Əhmədova “Global Environmental Problems and Solutions” (Qlobal ekoloji problemlər və həll yolları) mövzusunda interaktiv və maarifləndirici dərs keçdi.

Dərs zamanı şagirdlər qlobal istiləşmə, su ehtiyatlarının tükənməsi, meşələrin qırılması kimi problemlər haqqında müzakirələrə qoşuldular, innovativ həll yolları təklif etdilər və qrup şəklində təqdimatlar hazırladılar. Müxtəlif vizual materiallar və diskussiya formatı ilə keçirilən dərs onların həm dil bacarıqlarının, həm də coğrafi biliklərinin inkişafına töhfə verdi.

Bu dərs, məktəblərarası əməkdaşlıq çərçivəsində şagirdlər üçün həm öyrədici, həm də motivasiyaedici bir təcrübə oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi