Bu gün məktəbimizdə "Son Zəng" tədbiri keçirildi!

Məktəb həyatının unudulmaz bir mərhələsi olan "Son Zəng" bu gün XI sinif şagirdlərimiz üçün təntənəli şəkildə qeyd olundu. Tədbirdə məktəb direktoru və müəllimlər şagirdlərə öz ürək sözlərini, dəyərli tövsiyələrini və gələcək həyatlarında uğur arzu edən səmimi arzularını çatdırdılar.
Məzunlarımız keçdikləri illər ərzində qazandıqları bilik və bacarıqlarla həyat yollarına daha inamla addımlayacaqlar. Onların uğurlarında əməyi olan hər bir müəllimimizə təşəkkür edirik!
Əziz məzunlar! Qarşıda sizi yeni yollar, böyük hədəflər və saysız imkanlar gözləyir. Sizə daim uğur, möhkəm iradə və işıqlı gələcək arzulayırıq!
Son Zəng tədbirinin səviyyəli təşkilinə görə Nigar Məmmədova, Məlahət Abdullayeva , Mehriban Hebibova müəllimlərə xüsusi təşəkkür edirik.