8 Mart - Beynəlxalq Qadınlar Gününə həsr olunmuş tədbir

Analar bayramı- 8 Mart günü,
Ən əziz bayramdır torpağımızda...
Dönür şən nəğməyə-şirin nəğməyə,
Yenə Ana adı dodağımızda!...
Hər il 8 mart tarixində qeyd olunan Beynəlxalq Qadınlar Günü olaraq tanınan qadınların iqtisadi, ictimai və siyasi mübarizəsini, habelə ümumi olaraq qadınlara qarşı nəzakət, sevgi və məhəbbəti tərənnümünü ənənəvi hala gətirmiş bayramdır bugün...
317 nömrəli məktəb adından xalqımızın bütün əziz, gözəl, qəhrəman qadınlarını, analarını bu gün münasibətilə təbrik edirik, “Hər zaman üzünüz gülsün.” –deyirik. Məktəbimizdə bugün 8 Mart Beynəlxalq Qadınlar Günü münasibətilə Şəfəq müəllimin təşkilatçılığı ilə tədbir keçirildi. Tədbirdə şagirdlər qəhrəman, zəhmətkeş, ziyalı qadınlarımızdan, analarımızdan bəhs edən şeirlər, mahnılar ifa etmiş, maraqlı, könül oxşayan səhnəciklər nümayiş etdilər. Müəllim və valideynlər də öz təbriklərini, ürək sözlərini söylədilər. Tədbir məktəbin direktoru Əliqismət müəllim Səfərovun təbrik çıxışı ilə bitdi.