"Xocalı Soyqırımı" həsr olunmuş tədbir keçirildi.

            Könlümüz dərddən yaralı,
            Gözümüz səndən aralı,
            Qəlbimiz düşməndən dağlı,
            Xocalı, ay Xocalı !

Xocalı soyqırımı haqqında həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması məqsədilə xarici kütləvi informasiya vasitələri, teleradio kanalları və internet şəbəkəsi ilə bu qanlı qırğına həsr olunmuş materialların yayılması, Azərbaycanın xarici ölkələrdəki səfirliklərində, nümayəndəliklərində və diaspor təşkilatlarında anma mərasimləri keçirilir.

Biz də 317 nömrəli məktəb olaraq  öz üzərimizə düşən vəzifələri dərk  edərək bu soyqırımı- beynəlxalq terror aktını ürək yanğısı ilə yad edib, tədbir ilə ictimailəşdirməyə çalışdıq. Bunun üçün məktəbin 4c sinfi sinif rəhbəri Ətrabə Nəcəfovanın təşkilatçılığı ilə tədbir keçirdi. Məktəbin foesində "Xocalı Soyqrımı" haqqında foto stendlər, tər qərənfillər,  yanan şamlar düzülmüşdür. Hazırlanmış səhnədə "Xocalı Soyqrımı"dan bəhs edən qəzet və jurnallar, kitablar, şəkil və plakatlar qoyulmuşdur. Tədbir məktəbin akt zalında keçirildi. Tədbir dövlət himninin səsləndirilməsi ilə başladı. Şagirdlərin hazırladıqları səhnəciklər, hüznlü ifa və şeirlərdən duyğulanmamaq qeyri-mümkün idi. Tədbirin sonunda valideynlər ürək sözlərini bölüşdülər. Təsirli səhnəciklərlə dolu tədbir məktəbin direktoru Əliqismət müəllim Səfərovun çıxışı ilə başa çatdı.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi