"İnsan alveri" mövzusunda maarifləndirici tədbir keçirildi.

               Təhsil Nazirliyinin "Azərbaycan Respublikasında insan alverinə qarşı mübarizəyə dair 2014-2018-ci illər üçün Milli Fəaliyyət Planı"na əsasən Təhsil Nazirliyi, Beynəlxalq Miqrasiya Təşkilatı, Qırmızı Aypara Cəmiyyəti və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə "Uşaq əməyinin istismarı" sahəsində bir sıra ümumtəhsil və məktəbdənkənar təhsil müəssisələrində "İnsan alveri" mövzusunda kütləvi maarifləndirmə tədbirlərinin keçirilməsi məqsədilə bugün 317 nömrəli tam orta məktəbdə tədbir keçirildi. Tədbirdə şagirdlərə uşaq, yeniyetmə və gənclərin insan alveri, uşaq əməyinin istismarı və onun törətdiyi fəsadlar haqqında biliklərinin artırılması və onlardan düzgün istifadə etməklə problemin aradan qaldırılmasına töhfələr verildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi