Heydər Əliyevin xatirəsi anıldı

               2003-cü il dekabr ayının 12-si… Həmin gün Azərbaycanın tarixinə qara hərflərlə yazıldı. Həmin gün Azərbaycan xalqı öz böyük və xilaskar oğlu, ümummilli lider, bu dövlətin qurucusu Heydər Əliyevi cismən itirdi. Bütün dünyanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycan Prezidenti Heydər Əliyevin vəfatı xəbərini baş xəbərə çevirdilər. Yer üzünün hansı ölkəsində yaşamasından asılı olmayaraq, milyonlarla azərbaycanlı bu xəbərdən sarsıldı. O, bizə Azərbaycan adlı sabit, hər gün inkişaf edən, dünya birliyində özünə layiqli yer tutan, özünün qurub-yaratdığı bir məmləkəti əmanət qoyub getdi.

                 Bugün ümummilli liderimiz Heydər Əliyevin xatirəsinin anım günü ilə əlaqədar 317 nömrəli tam orta məktəbin sıra xəttində tədbir təşkil olundu. Tədbirdə müəllim və şagird kollektivi iştirak etdi. Tədbir məktəbin direktoru Əliqismət Səfərovun çıxışı ilə başladı. O, şagirdlərə 14 il əvvəl Ulu Öndər Heydər Əliyevin dəfnetmə mərasimində iştirakından, onun Azərbaycan tarixində misilsiz xidmətlərindən söhbət açdı. Şagirdlərin hazırladığı bədii kompozisiyalar dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi