Ulu Öndər Heydər Əliyevin xatirəsinə

12 dekabr – Bu gün bütün dünya azərbaycanlıları milli liderimiz Heydər Əliyevin əziz xatirəsini yad edir. O, indi aramızda olmasa da, yoxluğuna inanmaq çox çətindir. Çünki bizi əhatə edən gözəl Bakımız, əzəmətli Azərbaycanımız milli liderimiz Heydər Əliyevin əməlləri ilə bəzənib. «Gərək nəbzin vətənin nəbzi ilə vursun» -deyirdi ümumilli lider. Heydər Əliyev xalqın min illər boyu arzuladığını reallığa çevirərək özünə qayıdışına mühüm stimul oldu.
Bugün məktəbimizdə şagirdlər arasında Heydər Əliyevin anım gününə həsr edilmiş şahmat yarışı keçirildi. Qaliblər rəhbərlik tərəfindən mükafatlandırıldı. Bir daha ölkəmizə dərin hüznlə başsağlığı verir, qəlbimizdə əbədiyaşar ulu öndərimizə Allahdan rəhmət diləyirik.