Son Zəng

Bu gün 317 nömrəli məktəbin XI-ci sinif məzunları öz Son Zənglərini qeyd ediblər. Məzunlar məktəbə,son zəngə aid şeirlər dedilər, nəğmələr səsləndirdilər, rəqslər nümayiş etdirdilər. Məkttəbin direktoru, sinif rəhbərləri, fənn müəllimləri, və onlara ilk qələm tutub yazmağı öyrədən ibtidai sinif müəllimləri məzunları təbrik etdilər, onlara gələcək həyatlarında uğurlar arzuladılar. Məzunlar isə bir-birlərinə öz ürək sözlərini köynəkləri üzərinə yazaraq bildirdilər. Sonda məzunlar üçün məktəb həyətində son dəfə son zəng çalındı.Son zəngin cingiltili sədaları hər birimizin qəlbində məktəb xatirələrini oyadır. Yoldaşlarımızın gülüşləri, heç zaman bitməyəcəyini təsəvvür etdiyimiz dərslər, tez başa çatan tənəffüslər, bəziləri ciddi, bəziləri mehriban müəllimlər. Son zəngdən sonra bunların xatırlanması tam başqa xarakter daşıyır. Son zəng uşaqlığımıza son vidadır.Bu həyatınızın uşaqlıq dövrünə son, gələcəyin dumanlı və cazibədar, bir o qədər də məsuliyyətli etapına girişdir.Ona görə də bir az kədərlə, bir az göz yaşı ilə qarışaraq bu gününüzdən sabahınıza doğru səbirsizlikdir son zəngİnsan ömrü bir vaxtlar əlifba dərsliyində yarışdığımız gün saatları kimi durub dayanmadan illərlə birgə axıb gedir. Bəzən gecikdiyiniz dərslərin həyəcanı , bəzən də etdiyiniz şıltaqlıqlar ürəyinizi daha sürətlə döyündürən o xatirələr bu gün kinokadrlar kimi xatirənizin ekranına köçür. Bəlkə də maraqlı lakin indi bizdən xeyli uzaqda qalan bir həyatdan söhbət açan kinokadrlar kimi.... Bu gün bu vida bu “Son zəng” sizin həyatınızın yeni mərhələlərinə atılmağınızın başlanğıcıdır. Gənclik- duymaq, sevmək, sevilmək deməkdir. Ömür səhifələrini vərəqlədikcə ömrünün hansı fəsli olursa olsun yenidən o məktəb, gənclik illərinə qayıdır, onun hərarətini qəlbində hər zaman duyursan. Bütün məzunları təbrik edirik qoy bu "SON ZƏNG" müstəqil həyatınızda olan uğurların başlanğıcı olsun... Hələ məktəbli olanlara isə bunu demək istəyirik ki, "Bu gözəl illərinizin qiymətini bilin! Bu anlar bir daha geri qayıtmayacaq..."Bu məktəb bu bina bax bu divarlarSənin olmayacaq zəng vurulandaHərə bir birindən ayrı- düşəcəkNeçə könül dostun yaxın yoldaşınO sarı köynəkli gülərüzlü qızDaha olmayacaq sinif yoladaşınUrəyin titrəyər yad elədikcəDe burda qoyub necə gedirsənArxası çantalı uşağlığınıSon zenglə cox arzu, cox istək itdi,Məktəb illəriniz beləcə getdi.11 illik kitab..oxundu, bitdi,Yazilan sonuncu sətirdi, Son zeng...