Nailiyyətlərimiz

"Ən yaxşı təqdimat müsabiqəsi"04.05.2018-ci il, Heydər Əliyev Mərkəzi. Ümummilli liderimiz Heydər Əliyevin 95 illik yubileyi münasibətilə ümumrespublika üzrə keçirilən "Ən yaxşı təqdimat müsabiqəsin"də məktəbimizin (314№li) humanitar təmayüllü 10b sinif şagidri Nəsibli Səbinə Neman qızı ikinci yerə layiq görülmüşdür. P.S. Səbinə Nəsibli 2017/2018-ci dərs ili ərzində Bakı şəhəri üzrə keçirilən inşa müsabiqələrində 3 dəfə ardıcıl olaraq birinci yerə layiq görülmüşdür. Afərin, Səbinə! Təbrik edirik, uğurların bol olsun!

Nəsibli Səbinə Neman qızı və Məhərrəmova Jalə Hidayət qızının növbəti uğurlarıNəsibli Səbinə Neman qızı və Məhərrəmova Jalə Hidayət qızının növbəti uğurları

Məktəbimizin musiqiçisi Fleyta314 saylı tam orta məktəbin şagirdi Hacıyev Emil Zakir oğlu musiqi sahəsində xüsusi istedadı ilə fərqlənir. O, həm də F.Əmirov adına 6 nömrəli Onbirillik İncəsənət Məktəbində fleyta təhsili alır. Azərbaycan Respublikasının dövlət müstəqilliyinin iyirmi beşinci ildönümünə həsr olunmuş uşaq, yeniyetmə və gənclər arasında respublika musiqi müsabiqəsində iştirak etmiş, Fəxri Fərman qazanmışdır. 2016-cı ildə “Bakı Payızı” festivalında laureat adına layiq görülmüşdür. 10-17 aprel 2017-ci il tarixində “Üzeyir Hacıbəylinin milli lad sistemi Gənc musiqiçilərin tədris repertuarında” II Respublika Festivalında I yer qazandı. 20.12.2017-ci ildə isə Gənc musiqiçilər üçün Klassik musiqi və Folklar “World Harmony” Birinci Beynəlxalq Müsabiqəsində II yerə layiq görülmüşdür.

HAQQIMIZDA

               Binəqədi rayonu 314 nömrəli tam orta məktəb Biləcəri qəsəbəsində yerləşir. Məktəb 2007/ 2008-ci dərs ildən fəaliyyət göstərir. Cari dərs ilində məktəbdə 2262 şagird təhsil alır ki...

BİZİM FƏXRLƏRİMİZ

Ayşən Abbasova Vilayət

Nicat Qəmədli Azər

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi