Nailiyyətlərimiz

Bilik yarışının qalibi27 may 2018 –ci il tarixdə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə 40 –dan çox rayondan Azərbaycan bölməsi üzrə 4-cü sinif şagirdlərindən seçilmiş 500 nəfər əlaçı şagirdin iştirak etdiyi Respublika üzrə “Bilik yarışı - 4” keçirilmişdir. Yarışın təşkilati dəstəyi Çinar yayımları, Nəsimi rayon icra hakimiyyəti, Odlar Yurdu Universiteti, Türkiyə Cümhuriyyətinin ən böyük imtahan şirkəti olan Okulistik şirkəti və Müasir İnnovasiyalar Liseyi olmusdur. Akademik dəstək isə Azersell və British School in Baku tərəfindən olmuşdur. Bu yarışda 314№ li məktəbin 4ç sinif şagirdi Nihat Mehdizadə də iştirak etmiş və 637 bal toplayaraq II yerə layiq görülmüşdür . Şagirdlərimizə diplom və hədiyyələr təqdim olunmuşdur.

"Ailəmiz-güvən yerimiz"24.05.2018-ci il, 314 nömrəli tam orta məktəb. Məktəbin 10b sinif şagirdi Nəsibli Səbinə Neman qızı Azərbaycan Respublikası Təhsil Nazirliyinin dəstəyi ilə Aydınlığa döğru milli-mənəvi dəyərlərin qorunması ictimai birliyi və Türk Əməkdaşlıq və Koordinasiya Agentliyinin birgə təşkilatçılığı ilə "Ailə akademiyası" layihəsi çərçivəsndə keçirdiyi "Ailəmiz-güvən yerimiz" adlı ən yaxşı mühazirə müsabiqəsində III yer tutduğuna görə diplomla təltif edilmişdir.

"Heydər Əliyev və müasir Azərbaycan"Azərbaycan Dillər Universitetinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr olunmuş "Heydər Əliyev və müasir Azərbaycan" adlı Respublika tələbə-şagird elmi konfransında məktəbimizin şagirdlərindən Nəzrin Süleymanlı (9-cu sinif, elmi rəhbər-Azərbaycan dili və ədəbiyyat müəllimi Arzu Qurbanova) və Məhin Qənbərli (10-cu sinif, elmi rəhbəri- tarix müəllimi Ramal Alıyev) məruzə ilə çıxış etmişlər.

HAQQIMIZDA

               Binəqədi rayonu 314 nömrəli tam orta məktəb Biləcəri qəsəbəsində yerləşir. Məktəb 2007/ 2008-ci dərs ildən fəaliyyət göstərir. Cari dərs ilində məktəbdə 2262 şagird təhsil alır ki...

BİZİM FƏXRLƏRİMİZ

Nicat Qəmədli Azər

Faiq Baxşəliyev Baxış

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi