Məktəbdə fəaliyyət göstərən "Kiçik Akademiya" haqqında məlumat

313 nömrəli tam orta məktəbdə 11 fevral 2016-cı il tarixdən "Kiçik Akademiya" fəaliyyətə başlamışdır. Akademiyanın daxilində Humanitar, Fizika-Riyaziyyat, Texniki və Təbiət bölmələri fəaliyyət göstərir. "Kiçik Akademiya"nın prezidenti məktəbin fizika müəllimi Qafur Bəkirovdur. 31 yanvar 2019-cu il tarixədək Humanitar sahə üzrə Azərb.M.E.A-nın alimləri ilə görüşlər (2016, 2018), Texniki sahə üzrə konfrans (2017, 2018), Humanitar sahə üzrə konfrans(2017, 2018), Təbiət sahəsi üzrə konfrans (2017, 2018) keçirilmiş, şagirdlərdə tədqiqatçılıq bacarıqları aşılamağa istiqamətləndirilmiş fəaliyyətlər həyata keçirilmişdir. 22 fevral 2019-cu il tarixdə "Kiçik Akademiya"nın Texniki bölməsinin konfransı keçirilmişdir. Konfransda IX sinif şagirdi Qasımlı Tural Əsgər oğlunun "Texniki tərəqqi- Gələcəyin proqnozlaşdırılması" mövzusunda tədqiqat işinin təqdimatı olmuşdur. Konfransı "Kiçik Akademiya"nın prezidenti Qafur Bəkirov açmış, sonra tədqiqatçı Tural Qasımlıya söz verilmişdir. Tədqiqat işi müəllimlərin və şagirdlərin böyük marağına səbəb olmuşdur. 16 aprel 2019-cu il tarixdə Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Gənc Akademiyaçıların humanitar bölməsinin seminarı keçirilmişdir. Seminarda məktəbin ədəbiyyat müəllimi Səlimova Bikəxanım çıxış edərək demişdir ki, İmadəddin Nəsimi Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustalarındandır. O, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmişdir. Nəsiminin yaradıcılığı artıq milli-mənəvi varlığımızın ayrılmaz tərkib hissəsidir.
  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi