Nailiyyətlərimiz

Məktəbin şagirdi olimpiadada uğur qazandıRespublika fənn olimpiadalarının yarımfinal mərhələsinin nəticəsi açıqlanıb. Məktəbimizin şagirdi Quluzadə Pərviz fizika fənni üzrə yarımfinal mərhələsini uğurla keçərək finalda iştirak etmək hüququ əldə edib.

Elmi-praktiki konfransın referatları qiymətləndirildi01.04.19 tarixində Nizami rayon İcra Hakimiyyətinin təşkil etdiyi "Heydər Əliyev və Azərbaycan tarixi" müsabiqəsində elmi-praktiki konfransın referatları qiymətləndirildi. Nizami rayonu üzrə məktəbimizdən 8 "B" sinif şagirdi Xanbabalı Çingizin yazdığı referat rayon üzrə birinci yerə layiq görülmüşdür.

"Novruz bayramı" münasibətilə folklor musiqi müsabiqəsi keçirildi15 mart tarixində Nizami Rayon İcra Hakimiyyətinin təşkilatçılğı ilə Nizami rayon məktəbliləri arasında "Novruz bayramı" münasibətilə folklor musiqi müsabiqəsi keçirildi. Müsabiqədə məktəbimizin 10 "A" sinif şagirdi Hümbətli Nurlan Şaiq oğlu musiqi alətində solo ifa edərək yüksək nəticə göstərərək, II yerə layiq görüldü. Nurlan münsiflər heyəti tərəfindən diplom və hədiyyə ilə təltif olundu.

HAQQIMIZDA

312 nömrəli tam orta məktəb 2007-ci ildə tikilmiş, şagird və müəllim kollektivinin istifadəsinə verilmişdir...

BİZİM FƏXRLƏRİMİZ

Dilbər Zamanlı Ariz

Məmmədzadə Balaş Namiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi