Nailiyyətlərimiz

Fənn müsabiqələrinin nəticələri məlum olub.Fənn müsabiqələrinin birinci mərhələsinin nəticələri məlum oldu. Məktəbimizin 7 b sinif şagirdi Əhmədova Könül biologiya fənnindən ( fənn müəllimi : İsayeva Kəmalə ) , Allahverdyeva Fidan kimya fənnindən ( fənn müəllimi : Zeynalov Vüqar ) final turuna vəsiqə qazanmışdır .

Yol təhlükəsizliyi məktəblilərin obyektivində27.11.2017-ci il tarixdə Beynəlxalq Mətbuat Mərkəzində Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının,AMAK İctimai Birliyinin birgə layihəsi olan ,,Yol təhlükəsizliyi məktəblilərin obyektivində,,müsabiqəsinin qaliblərinin təltif edilməsi mərasimi təşkil olunmuşdur.Müsabiqədə məktəbimizin beşinci sinif şagirdi Həsənli Nəzrin " plakat " nominasiyası üzrə qalib olmuşdur.Şagirdimizə fəxri fərmanı,müsabiqədə fərqlənən işləri əks etdirən kataloqu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov təqdim etmişdir.Biz də öz növbəmizdə istedadlı şagirdimizi təbrik edir,ona uğurlar arzu edirik!

YAP -nın yaranmasının 25 illiyinə həsr olunmuş rəsm müsabiqəsinə yekun vurulubYAP-ın yaranmasının 25 illiyinə həsr olunmuş rəsm müsabiqəsində məktəbimizin şagirdi Kərimli Fidan fəal iştirakına görə diplomla təltif olunmuşdur. İlk müsabiqəsi olmasına baxmayaraq fərqlənməyi bacaran şagirdimizə növbəti müsabiqələrdə də uğurlar arzulayırıq.

HAQQIMIZDA

312 nömrəli tam orta məktəb 2007-ci ildə tikilmiş, şagird və müəllim kollektivinin istifadəsinə verilmişdir...

BİZİM FƏXRLƏRİMİZ

Zəhra Hümbətova

Nuranə Mənsimzadə

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi