Novruz bayramına həsr olunmuş bayram şənliyi keçirildi

16 mart 2018-ci il tarixində məktəbimizdə xalqımızın müqəddəs bayramı olan, özündə mədəni dəyərləri, eləcə də xeyirxahlıq, birlik və həmrəylik kimi gözəl ənənələri əks etdirən Novruz bayramı münasibətilə 3c sinfinin iştirakı və Məlikova Aybənizin təşkilatçılığı ilə “Novruz çələngi” adlı tədbir keçirildi.

Tədbir iştirakçıları əvvəlcə Novruz bayramına həsr olunmuş sərgiylə tanış oldular. Sərgidə çoxəsrlik maddi-mədəni irsimizi, qədim adət-ənənələrimizi özündə əks etdirən eksponatlara tamaşa edildi.

Daha sonra Novruz bayramında həyata keçirilən adət-ənənələr haqqında ətraflı məlumatlar verildi və şagirdlərin iştirakı ilə Novruz bayramının atributlarının təsviri, adət-ənənələri özündə əks etdirən səhnəciklər nümayiş olundu, nəğmələr oxundu, rəqslər göstərildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi