1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü

                     Bakı Ṣəhər Gənclər və İdman idarəsi və 312 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə 1 İyun- Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibəti ilə bədii - musiqili, əyləncəli idman yarışının yer aldığı tədbir keçirilib. Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi ilə başlayıb. Tədbirdə məktəbin şagirdlərinin iştirakı ilə mahni və rəqs nömrələri, o cümlədən idmanın müxtəlif növləri üzrə nümunəvi çıxışlar nümayiş etdirilib. Zəfər və Uğur komandaları arasında təşkil olunan yarış beş mərhələdən ibarət olub, Uğur komandasının 3:2 qalibiyyəti ilə yekunlaşmışdır. Sonda bir qrup şagirdə və məktəbə Bakı Şəhər Gənclər və İdman İdarəsinin sertifikatları və diplomu təqdim olunub.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi