Məktəbəhazırlıq qrupları fəaliyyətə başladı.

                           02.10.2023-cü il tarixində məktəbin məktəbəhazırlıq qrupunda məşğələlərə start verildi. Körpə fidanlar yeni bir dünyaya - bilik, kəşflər və böyük nailiyyətlər dünyasına addımlamışdır. Bu münasibətlə məktəbin direktoru Fidan Axundova və direktor müavini Aytən Məmmədova, sinif müəllimi Heydərli Könül kiçik fidanları və onların valideynlərini təbrik etdilər.Qeyd edək ki, həftədə 4 gün fəaliyyət göstərən məktəbəhazırlıq qrupunda “Ətraf aləmlə tanışlıq”, “Savad təliminə hazırlıq və nitq inkişafı”, “Bədii təfəkkürün inkişafı”, “Məntiqi və riyazi təfəkkürün inkişafı”, “Təsviri fəaliyyət”, “Musiqi” və “Fiziki mədəniyyət” dərs məşğələləri tədris olunur. Gün ərzində keçirilən 3 məşğələnin hər birinin müddəti 30 dəqiqə, məşğələlərarası fasilə 10 dəqiqə müəyyənləşdirilib. Məşğələlər 8 ay davam edəcək mayın 31-də başa çatacaq.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi