"Riyaziyyat" aylığı

Məktəbdə noyabr ayı "Riyaziyyat" aylığına həsr edilmişdir.Fənn aylıqlarının keçirilməsində əsas məqsəd fənnin tədrisi vəziyyətinin və keyfiyyətinin yüksəldilməsi,fənnə olan marağın artırılması,istedadlı şagirdlərin aşkara çıxarılmasından ibarətdir.Fənn aylığı çərçivəsində sinif divar qəzetləri buraxıldı,əyləncəli viktorinalar keçirildi,qarşılıqlı dərs dinləmələr təşkil edildi.Ayın yekunu olaraq riyaziyyat müəllimi Nazilə Ağayevanın təşkilatçılığı ilə "Riyaziyyat"gecəsi keçirildi.Şagirdlər məşhur alimlərin riyaziyyat,onun rolu və əhəmiyyəti,elmlər sistemindəki yeri haqqında fikirlər söylədilər,riyaziyyat elminə böyük töhvələr vermiş görkəmli alimlərin adlarını çəkərək,onlar haqqında geniş məlumat verdilər.Tədbir iştirakçıları şagirdlərə məktəbdə tədris olunan bütün elmlərin əsaslarına,o cümlədən riyaziyyat fənninə dərindən maraq göstərməyi tövsiyə etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi