Cəlil Məmmədquluzadə-150

Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış böyük yazıçı,dramaturq,publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin bədii nailiyyətlərlə zəngin yaradıcılığı ilə yaxından tanış olmaq məqsədilə Ana-dili ədəbiyyat müəllimi Yeganə Sadıqovanın təşkilatçılığı ilə yazıçının həyat və yaradıcılığına həsr olunmuş dəyirmi masa keçirildi.Şagirdlər yazıçının həyat həqiqətlərini,ictimai mühiti hərtərəfli əks etdirən və bədii estetik dəyər daşıyıcısına çevrilən rəngarəng obrazlar qalereyası yaratdığını xüsusi vurğuladılar.Şagirdlərin ifasında "Poçt qutusu" əsərindən bir epizod təqdim edildi və müzakirəsi aparıldı.Məktəbin direktoru böyük yazıçının Ana dilimizin saflığı uğrunda daim mübarizə apardığını,meydana gətirdiyi qiymətli dram və nəsr əsərləri dərin humanist məzmuna malik olub,özündə milli və ümumbəşəri dəyərlərin vəhdətinin ehtiva etdiyini qeyd etdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi