"Bullinq ilə mübarizə"

28 noyabr 2019-cu il tarixində tərbiyə işləri üzrə direktor müavini S.Yusifova və psixoloq Ş.Nemətovanın təşkilatçılığı ilə məktəbdə sağlam mənəvi-psixoloji mühitin formalaşması və sabit saxlanması,şagirdlərin sosial bacarıqlarının artırılması,sosial ədaləti dəstəkləyən mühitin yaradılması,məktəb-ailə münasibətlərinin düzgün tənzimlənməsi məqsədilə V-XI sinif şagirdləri arasında "Bullinq ilə mübarizə" mövzusunda maarifləndirici seminar keçirildi."Mənimlə danış" sosial kampaniyası çərçivəsində hazırlanmış maarifləndirici videoçarx nümayiş olundu, müzakirələr aparıldı.Məktəbin direktoru A.Əliyev təhsil sistemində psixoloji təqibin qarşısının alınması və dayandırılması istiqamətində müəllimlər tərəfindən şagirdlərlə sistemli işin aparılmasının vacib olduğunu vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi