Peşə təlimi haqqında maarifləndirici treninq

26 noyabr 2019-cu il tarixində məktəbdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi, Dövlət Məşğulluq Xidməti və Azərbaycan Respublikası Təhsil Nazirliyinin birgə təşkil etdiyi “Gənclərin peşəyönümlü tərbiyəsinin təşkili” mövzusunda maarifləndirici treninq keçirildi. Treninqdə məktəbin VIII və IX sinif şagirdləri iştirak etdi. Şagirdlərə günümüzün ən aktual, sosial-iqtisadi məsələləri, professional kadr qıtlığı,sosial problemlər haqqında məlumat verildi. Daha sonra şagirdlərlə “Peşəyönümü nədir və bu prosesə kimlər cəlb olunur?” mövzusu ətrafında diskussiya keçirildi. Şagirdlər mövzu ilə bağlı fikirlər söylədilər və gələcəkdə düzgün peşə seçimi ilə bağlı məsləhət aldılar.