"Narkomaniya ümumbəşəri bəladır"

Məktəbin Fəaliyyət Planının 1.3.5-ci bəndinə əsasən "Narkomaniya ümumbəşəri bəladır"mövzusunda 9-11-ci sinif şagirdlərinin iştirakı ilə tədbir keçirildi.Tədbirdə Yasamal RPİ-nin NMB-nin əməliyyat leytenantı Arif Zeynallı,Yasamal RPİ-nin 27-ci PB-nin rəisi-polis polkovnik leytenantı Cavid Usubov,Yasamal RPİ-nin YYÇPİTB-nin baş inspektoru Elşad Həsənov,Yasamal RPİ-nin rəisi polis polkovnik leytenantı Natiq Pircanov,narkoloq həkim Fəzail Sadıqov və RPİ-nin digər əməkdaşları iştirak etdilər.Tədbiri giriş sözü ilə məktəbin direktoru Akif Əliyev açaraq bildirdi ki,bu tədbirin keçirilməsində əsas məqsəd şagirdləri narkomaniya və digər zərərli vərdişlərin fəsadları barədə məlumatlandırmaqdır. Tədbirdə narkomaniyanın cəmiyyətimizə, gələcəyimiz olan gənclərin mənəviyyatına, əxlaqına ciddi mənfi təsir göstərməsindən, insanların narkomaniya adlı xəstəliyə düçar olaraq həyatlarının məhv olmasından danışıldı, narkomaniya və psixotrop maddələrin yaratdığı problemlərdən və fəsadlardan geniş bəhs edildi.