"Plastik qablardan gələn təhlükə" adlı maarifləndirici mühazirə

Azərbaycan Respublikası təhsil nazirinin“Azərbaycan Respublikasında plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsirinin azaldılmasına dair"13 mart 2019-cu il tarixli, F-127 nömrəli əmrinə əsasən məktəbin psixoloqu Şəhla Nemətova plastik qablaşdırma tullantılarının ətraf mühitə mənfi təsiri və qablaşdırma materiallarından istifadənin əhəmiyyəti haqında ictimai məlumatlılığın artırılması məqsədilə "Plastik qablardan gələn təhlükə" adlı maarifləndirici mühazirə təşkil etdi.Mühazirədə plastikin insan orqanizminə və ekologiyaya vurduğu zərərlərdən söhbət açdı,ölkəmizdə plastik tullantılarla bağlı görülən tədbirlər haqqında məlumat verdi.Şagirdlərə şəhərimizin təmiz saxlanılması üçün istifadə etdikləri plastik qabların mütləq onlar üçün ayrılmış qutulara atılmasının vacibliyini vurğuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi