"Mənim bayrağım" mövzusunda 10-cu şeir müsabiqəsinin seçim mərhələsi keçirildi.

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin İ.Əbilov adına Mədəniyyət Mərkəzində "9 noyabr - Azərbaycan Respublikasının Dövlət Bayrağı günü" münasibəti ilə "Mənim bayrağım" mövzusunda 10-cu şeir müsabiqəsinin seçim mərhələsi keçirildi.Şeir müsabiqəsinin əsas məqsədi böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, məhəbbət hisslərinin aşılanması, şagirdlərin öz yaradacı qabiliyyətlərini nümayiş etdirmələrinə şərait yaradılması idi.Məktəbin Fəaliyyət Planının 1.1.1.26-cı bəndinə əsasən xüsusi istedada malik şagirdlərin aşkara çıxarılması və onlarla işin təşkili məqsədilə şagirdlərimizin bu müsabiqədə iştirakı təmin edildi.Yaxın zamanlarda müsabiqənin nəticələri açıqlanacaq.