"Gənclər vətənpərvərlik ruhunda" adlı layihənin təqdimatı keçirildi.

22 oktyabr 2019-cu il tarixdə məktəbdə Azərbaycan Respublikasının Gənclər fondu və Gənc Vətənpərvərlər İctimai Birliyinin dəstəyi ilə "Gənclər vətənpərvərlik ruhunda" adlı layihənin təqdimatı keçirildi.Layihənin əsas məqsədi vətənpərvərlik ruhunda maarifləndirmə işinin aparılması,vətənpərvərlik ruhunun yüksəldilməsi,gənclərin torpağa,təbiətə, keçmişə,bu günə,gələcəyə,dövlətçiliyə və tarixi milli-mədəni və əxlaqi dəyərlərə ehtimadla yanaşmaları,mərdlik və qətiyyətin,dözümlülük kimi keyfiyyətlərin gənclər arasında təbliğidir. Tədbirdə Gənc Vətənpərvərlər İctimai Birliyinin sədri Muğan Əliyev,aprel döyüşçüsü-canlı əfsanə Asif Rəsulov,Yasamal rayon Gənclər və İdman idarəsinin əməkdaşı,müəllim və şagird kollektivi iştirak etdi.Tədbiri giriş sözü ilə məktəbin direktoru Akif Əliyev açaraq qonaqları salamladı və belə vətənpərvərlik layihələrinin müntəzəm olaraq keçirilməsinin vacibliyini vurğuladı.Tədbirdə iştirak edən qonaqlar da öz növbəsində şagirdlərə milli-mənəvi dəyərlərə hörmətlə yanaşmağı,gələcəyə nikbin baxmağı, hər bir insanın üzərinə düşən vəzifəni ədalətlə,vicdanla yerinə yetirməyi məsləhət bildilər.Sonda tədbirdə iştirak edən şagird və müəllim kollektivi fəal iştiraklarına görə sertifikatla təltif edildilər.