Məktəbdə "Bilik günü" qeyd olundu

16 sentyabr 2019-cu il tarixdə məktəbdə “Bilik günü” qeyd olundu.Tədbirdə Yasamal rayon icra hakimiyyətinin əməkdaşı, ictimaiyyət nümayəndələri, müəllimlər, sabiq məzunlar, valideynlər, şagirdlər, iştirak etdilər.Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə məktəbin direktoru Akif Əliyev çıxış edərək yeni tədris ilində qarşıya qoyulan məqsədlərdən, təhsil sahəsində aparılan islahatlardan söz açaraq, yeni dərs ilinin başlanması münasibətilə məktəbliləri, valideynləri və müəllimləri təbrik edib, onlara uğurlar arzuladı. Müəllimlərin, şagirdlərin çıxışları dinlənildi,məktəblilərin iştirakı ilə mahnılar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi