Pedoqoji şuranın ilk iclası keçirildi

11 sentyabr 2019-cu il tarixdə məktəbdə 2019/2020-ci tədris ili üzrə pedoqoji şuranın ilk iclası keçirildi. İclasda məktəbin direktoru Akif Əliyev 2019/2020-ci dərs ili üçün perspektivdə duran məsələlər, vacib istiqamət və hədəflər barədə məruzə etdi. Sonra ali və orta ixtisas müəssisələrinə qəbulun vəziyyəti,sinif otaqlarının inventarla təminatı,yay tədris tapşırıqlarının nəticələri,şagirdlərin dərsliklərlə təminatı vəziyyəti haqqında hesabatlar dinlənildi. Məktəbin "Fəaliyyət planı" müzakirə olunaraq təsdiq edildi.Sonda 48 il pedaqoji fəaliyyətlə məşgul olan məktəbin Azərbaycan dili-ədəbiyyat müəllimi Nəzakət Zamanova 65 yaşının tamam olması münasibətilə təbrik edildi.