"Tələbə adın mübarək"adlı görüş - tədbir

Yasamal rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə rayon ümumtəhsil məktəblərindən ali məktəblərə yüksək bal toplamış tələbələrlə görüş - tədbir keçirildi.Ali məktəblərə yüksək bal toplayan 31 məzuna rayon İcra Hakimiyyəti başçısı adından noutbuklar və bütün tələbə adını qazanan məzunlara xatirə hədiyyələri təqdim olundu. "Tələbə adın mübarək"adlı tədbirdə iştirak edən məktəbimizin məzunu Yəhya Fətullayev notbukla mükafatlandırıldı.