“Kiçik Akademiya”nın yekun hesabatı keçirildi

Məktəbimizdə “Kiçik Akademiya”nın Fizika bölməsi üzrə birillik fəaliyyətlə bağlı yekun hesabat tədbiri keçirildi.Tədbirdə məktəb və valideyn kollektivi, görkəmli alimlər iştirak edirdilər.Tədbir Azərbaycan Respublikası Dövlət himninin səsləndirilməsi ilə başladı. "MKA"-nın Fizika bölməsinin tərkibində fəaliyyət göstərən ”Azəri”, ”Çıraq” və “Günəşli” komandaları “Səs dalğalarının tədqiqi”, “Kern nümunələrinin aparılması”, Məsaməliyin tədqiqi və neft sızmalarına dair eksperimentlər", “Quyunun perforasiya edilmiş qoruyucu boru kəməri”, Partezian Dalğıc”,“Sıxlığın anlaşılması ilə bağlı” müxtəlif eksperimentləri əyani olaraq nümayış etdirdilər. Sonda isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin professor-müəllim heyəti, fizika elmlər doktoru, professor Mirzəli Murquzov, Xəlil Padarov, fizika elmləri namizədi Sevinc Cəlilova, Şakir Xəlilov “KA” ilə bağlı fikirlərini səsləndirərək, "Kiçik Akademiya"nın işini qənaətbəxş hesab etdilər. Məktəbin direktoru Kərim Abidi qonaqlara öz təşəkkürünü bildirdi və "MKA"nın "gənc alim"lərinə gələcək uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi