Təcrübəçi tələbələrin rəy və təklifləri dinlənildi

Artıq bir neçə müddətdir ki,məktəbdə ingilis dili,fiziki tərbiyə və psixologiya fakultəsinin tələbələri pedaqoji təcrübə keçərək,məktəb müəllimlərinin tədris sistemini müşahidə edir,sosial-pedaqoji dəyərlərə yiyələnirlər. Tələbələr qazandıqları nəzəri bilik, bacarıq və vərdişləri tətbiq etməklə özlərini bu prosesdə sınayır,müəllimin dərs keçmə metodikasını öyrənir,qarşılıqlı dərs dinləmədə fəal iştirak edir,şagirdlərlə müxtəlif psixoloji testlər keçirirlər.Qeyd olunanlar məktəb rəhbərliyinin nəzarətindən kənarda qalmadığı üçün psixologiya fakultəsinin tələbələri və 11-ci sinif şagirdlərinin iştirakı ilə görüş təşkil edildi.Tələbələrin 11-ci sinif şagirdlərinə məsləhətləri, məktəb haqqında rəy və təklifləri dinlənildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi