"Dünya bizim evimizdir- ömrümüzdür, günümüzdür!"adlı inklüziv sərgi keçirildi
Mayın 30-da “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş"Dünya bizim evimizdir- ömrümüzdür, günümüzdür!"adlı inklüziv sərgi keçirildi.Tədbirdə Yasamal Rayon İcra Hakimiyyətinin Yetkinlik Yaşına Çatmayanların İşi Üzrə məsul katibi Emin Babayev və aparıcı məsləhətçi psixoloqu Xəqani Orucov da iştirak edirdi.Sərgidə məktəb şagirdlərinin və Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin müəssisələrində bərpa müalicəsi kursu keçən əlilliyi olan uşaqların əl işləri nümayiş olundu.Sərginin təşkil edilməsində məqsəd əlilliyi olan uşaqların potensiallarının stimullaşdırılması və onların cəmiyyətə inteqrasiyasının, o cümlədən inklüziv mühitin dəstəklənməsindən ibarətdir.