"Azərbaycanın COP29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” adlı maarifləndirici tədbir

"Azərbaycanın COP29-a sədrliyi qlobal şimal və cənub arasında körpüdür” adlı maarifləndirici tədbir keçirildi.Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Zülfiyyə Rəsulova COP29-un ölkəmizdə keçirilməsinin əhəmiyyətini vurğulayaraq, Azərbaycanın yaşıl enerjiyə keçid və ekoloji problemlərin həlli yolunda nümayiş etdirdiyi konstruktiv mövqeyi və atdığı səmərəli addımlar haqqında məlumat verib,təbiətin və yaşıllığın qorunmasının vacibliyi haqqında söhbət açıb.Coğrafiya müəllimi Yeganə Qafarova da Xəzərin ekoloji problemləri haqqında təqdimatla çıxış edib. Eyni zamanda Xəzərin xilası üçün COP 29-un yarada biləcəyi imkanların əhəmiyyətini qeyd edib. Tədbir iştirakçıları mövzu haqqında öz fikirlərini bildiriblər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi