Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar tədbir keçirilib

Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyi ilə əlaqədar olaraq şairin həyat və yaradıcılığına həsr olunmuş tədbir keçirildi. Tədbirdə dahi şairin həyat və yaradıcılığı haqqında məlumatlar verildi.Qeyd olundu ki,Məhəmməd Füzuli Azərbaycan ədəbi-bədii fikrinin inkişafında müstəsna yer tutan, Yaxın və Orta Şərq ölkələri ədəbiyyatına mühüm təsir göstərən qüdrətli sənətkardır. Hərtərəfli biliyə malik mütəfəkkir kimi onun həyata, insana dərin məhəbbət aşılayan və daim gözəllik duyğusu ilə, yaşamağa çağıran çoxcəhətli bədii-fəlsəfi irsi Azərbaycan xalqının bəşər mədəniyyəti xəzinəsinə bəxş etdiyi misilsiz mənəvi sərvətlərdəndir.Tədbirdə Məhəmməd Füzulinin anadilli poeziyanın mükəmməl nümunələrini yaratdığı, Azərbaycan bədii dilini daha da zənginləşdirərək yeni zirvəyə yüksəltdiyi vurğulandı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi