Sertifikatlaşdırma ilə bağlı müəllimlərlə görüş keçirilib

Sertifikatlaşdırma prosesi ilə bağlı olaraq məktəbin riyaziyyat,ingilis dili və rus dili müəllimlərinə dəstək məqsədilə görüş keçirildi.Məktəbin direktor müavini N.Rüstəmova təhsilverənlərin sertifikatlaşdırılması prosesinin təhsilin keyfiyyət göstəricilərinə, həmçinin sertifikasiya nəticəsinin karyera inkişafına və əməyinin stimullaşdırılmasına müsbət təsirləri barədə danışdı.Metodbirləşmə sədrləri M.Zeynalova və V.Cəlilova sertifikatlaşdırma prosesi ilə bağlı fikirlərini bildirib,müəllimlərin üzrərinə düşən vəzifələrdən söz açdılar.Daha sonra fikir mübadiləsi aparıldı, imtahanın təşkili qaydaları, imtahan öncəsi psixoloji hazırlıq barədə məlumat verildi,müəllimləri maraqlandıran suallar cavablandırıldı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi